Veb saytların dizaynı

Veb saytların dizaynı

Sizin istəklərinizi nəzərə alaraq sifarişi götürür və ona uyğun ən yüksək keyfiyyətdə dizayn hazırlayırıq. Saytınızın hansı mövzuda olmasından asılı olmayaraq hər kəsin zövqünə uyğun gələcək, möhtəşəm, dinamik səhifələr yaradırıq. Üstəlik bu dizaynları istənilən skriptə uyğunlaşdırırıq.

Bu sahədə biz sizə iki cür xidmət göstərə bilərik:
1. Saytın tam sıfırdan dizayn olunması, yığılması
2. Hazır dizaynların saytınıza uyğunlaşdırılması

1-ci halda əvvəl sizin tam olaraq nə istədiyinizi dəqiqləşdiririk, lazım gələrsə biz də yüksək təcrübəmizdən istifadə edərək sizə təkliflər veririk. Bu xidmətin üstünlükləri dizaynınızın "eksklüziv", yalnız sizə aid olmasıdır.

2-ci halda isə istəyinizə görə standart dizayn seçilir və bu dizayn sayta yerləşdirilir. Lazım gəldikdə üzərində xırda dəyişikliklər də edilir. Bu tip dizaynlar daha tez quraşdırılır və daha ucuz başa gəlir.