Forsaj 8'in çıxış tarixi bəlli oldu

Forsaj 8'in çıxış tarixi bəlli oldu


Bir neçə həftə əvvəl 7-ci seriyasının premyerası olan Forsaj filminin 8-ci seriyasının çıxış tarixi bəlli oldu. Filmin baş rol ifaçısı Vin Diesel iştirak etdiyi şou proqramların birində filmin çıxış tarixini dəqiq olaraq bildirdi.

Onun bildirdiyinə görə, Forsaj 8 filmi 14 aprel 2017-ci ildə çıxacaq.

Jimmy Kimmel Show proqramının qonağı olan Vin Diesel, eyni zamanda filmin Nyu-Yorkda çəkiləcəyini və Kurt Russel'in də bu filmdə iştirak edəcəyini qeyd edib.

Vin Diesel'in bu açıqlamasından sonra, filmin rəsmi Twitter səhifəsində də Forsaj 8-in 14 aprel 2017-ci ildə çıxacağı bildirilib.
 

Forsaj 8'in çıxış tarixi bəlli oldu

Technonews