Nokia 2016-ci ildə yeni telefon modelləri ilə qayıdır

Nokia 2016-ci ildə yeni telefon modelləri ilə qayıdır

 
Bir vaxtlar mobil dünyanın ən məşhurlarından olan Nokia, bildiyimiz kimi, keçən il mobil hissəsini Microsoft'a satmışdı. Ancaq görünür ki, Nokia'nın tamamilə mobil bazardan çəkilmək kimi fikri yoxdur.

Re/code'nin bildirdiyi xəbərə görə, Nokia 2016-cı ilin sonlarına doğru yeni ağıllı telefonlarla mobil bazara geri qayıtmağı hədəfləyir.

Digər tərəfdən, keçən həftə Nokia'nın Alcatel-Lucent şirkətini alması, firmanın geri dönəcəyi iddialarını gücləndirmişdi.
Ancaq bir şey var ki, Nokia artıq Lumia adını və dizaynlarını ağıllı telefonlarda istifadə edə bilməyəcək. Əgər Nokia geri qayıdacaqsa, öz dizaynları ilə geri qayıtmalıdır. Yəni, Microsoft ilə edilən razılaşma bunu tələb edir.

Onsuz da Nokia'nın bu strategiyasını yaxın zamanda satışa çıxardığı Nokia N1 tabletində tətbiq etdiyini görmüşdük. Cihazın dizaynı Nokia'ya aid olsa da, istehsalı Çinli bir firma tərəfindən reallaşmışdı.
Technonews