Youtube'a Azərbaycan dili də daxil olmaqla, 15 dil əlavə olundu

Youtube'a Azərbaycan dili də daxil olmaqla, 15 dil əlavə olundu

 
2005-ci ildən bəri dünyanın ən böyük video paylaşım platforması olan YouTube, yeniliklərinə davam edir.
Belə ki, Youtube'da standart dil paketinə 15 yeni dil əlavə olunub. Bu paketdə əsasən şərq və cənub-şərq ölkələrinə üstünlük verilib.

Azərbaycan da daxil olmaqla, Qırğızıstan, Qazaxıstan, Özbəkistan kimi ölkələr üçün dil dəstəyi artırılan bu yeni paketdə, həm də, Makedoniya kimi şimal-qərb ölkələrindən bir neçəsi də əlavə olunub. 

Ümumilikdə dil paketində olan ölkələr bunlardır:
Azerbaijani - Azərbaycan (az), Armenian - Հայերեն (hy) , Georgian - ქართული (ka) , Kazakh - Қазақ Тілі (kk) , Khmer - ខ្មែរ (km), Kirghiz - Кыргызча (ky), Lao - ລາວ (lo), Macedonian - Македонски (mk), Mongolian - Монгол (mn), Myanmar (Burmese) - ဗမာ (my), Nepali - नेपाली (ne), Punjabi - ਪੰਜਾਬੀ (pa), Sinhala - සිංහල (si), Albanian - Shqip (sq), Uzbek - OʻZbekcha (uz)
Technonews