WhatsApp'ın Android versiyasının dizaynı yeniləndi

Çoxdandır dizaynı dəyişilməyən WhatsApp'ın Android versiyası bu gündən etibarən yeniləndi. Görünüşündə xeyli dəyişikliklər olan WhatsApp'ın dizaynı Android 5.0 versiyasına (Material Design) uyğunlaşdırıldı. 

 
Hələ ki, Google Play Store'da olmayan bu versiyanı WhatsApp'ın rəsmi saytından yükləmək mümkündür.
 

WhatsApp'ın Android versiyasının dizaynı yeniləndi


Yeni interfeys olduqca hərəkətlidir. Səhifə keçidlərinə animasiya effektləri əlavə edilib ki, bu da keçidləri daha xoş göstərir. Yenilənən ikonlar isə proqrama ayrı bir rəng qatıb.
Technonews