Bir istifadəçi Youtube'da video silmək açığı tapdı

Bir istifadəçi Youtube'da video silmək açığı tapdı

 
Kamil Hismatullin adlı YouTube istifadəçisi, video paylaşım saytı Youtube'da çox önəmli bir açıq tapıb. Bu açıq sayəsində o Youtube'da istədiyi videonu silə bilirdi. Daha sonra isə bu açığı şirkətə bildirərək, qarşılığında 5000 dollar mükafat almışdır.

Hətta bu əməliyyatı necə etdiyi barədə video da hazırlayıb, bundan əvvəl də Justin Bieber'a məxsus bəzi videoları silibmiş. Bu videonu paylaşandan sonra sui-istifadə edənlər çox olmasın deyə, Youtube'a bildirərək onları böyük problemdən xilas edib.

 
Qeyd edək ki, bir neçə həftə əvvəl də Facebook'dakı şəkillərin silinə bildiyi bir açıq tapılmışdı. Bu da Facebook tərəfindən məlum olmuş və dərhal problem aradan qaldırılmışdı.
Technonews