Selfie çəkmək üçün ayaqqabı

Selfie çəkmək üçün ayaqqabı

 
Selfie ştativlərindən sonra indi də selfie ayaqqabıları hazırlanıb. Bu məhsulun selfie ştativlərinə nisbətən nə qədər rahat olduğu mübahisəlidir. Dizayn cəhətdən də olduqca qəribə görünür. Həmin bu məhsulun adı Selfie Shoes-dur (Selfie ayaqqabısı). Selfie manyaklığı gün keçdikcə artmaqdadır, məhz buna görə də belə fərqli bir şey yaratmağı düşünüblər.
 

Selfie çəkmək üçün ayaqqabı

 
Miz Mooz adlı şirkətin dizaynını hazırladığı bu ayaqqabının burnunda geniş açıqlıq var. Bu açıqlığa telefonu yerləşdirmək mümkündür. Ardınca da ayağımızı başımıza qədər qaldırıb, selfie çəkə bilirik. Əslində bu proses belə asan kimi görünsə də, ayağı o səviyyəyə qədər qaldırmaq bəzi istifadəçilər üçün olduqca çətin olacaqdır.
 

Selfie çəkmək üçün ayaqqabı

 

Technonews