Whatsapp'ın Android versiyasına zəng funksiyası gəldi

Nəhayət ki, Whatsapp'ın Android versiyasına bu gündən etibarən səsli zəng funksiyası gəldi. Proqramı açanda üst tərəfdə olan CALLS (zəng çalma ikonu) ilə zəng etmək mümkün olacaq.

Bu yenilənmə hələ ki, bütün Android sistemli cihazlara gəlməmiş ola bilər, ona görə istəsəniz bu linkdən, yəni rəsmi saytından ən son versiyasını yükləyib, istifadə edə bilərsiniz.

Proqramın interfeysinə baxdığımız zaman üst hissədə, CALLS (zənglər), CHATS (söhbətlər) və CONTACTS (kontaktlar) adlı üç bölmənin olduğunu görürük. Bu bölmələr Whatsapp'dan istifadəni daha da rahatlaşdırıb.
 

Whatsapp'ın Android versiyasına zəng funksiyası gəldi

Sol üst hissədəki zəng bölməsində ən son olan zənglər göstərilir. Yəni, standart telefonlarda olduğu kimi, gedən, gələn, qəbul edilməyən zənglər burada göstərilir.

Hələ ki, Android platforması üçün gələn bu yenilənmənin qısa bir müddət sonra iOSWindows Phone platformaları üçün də gələcəyi bildirilir.
Technonews