Ideum'dan sensor ekranlı 4K masa: Pro Lab

New Mexiko mərkəzli multi-touch təchizat və proqram şirkəti Ideum, ən sürətli, ən bahalı və çox funksiyalı cihazı olan Pro Lab masasını təqdim etdi. 3D LED LDC full sensorlu, 3840 x 2160 pikselli ekrana malik olan cihazın xüsusiyyətləri olduqca diqqət çəkəndir.

Çox istifadəçili muzey və sərgi kimi mühitlər üçün hazırlanan Pro Lab, yüksək templi kompüter oyunları, vizuallaşdırma və simulyasiya kimi güclü prosessor tələb edən proqramları rahatlıqla dəstəkləyir. Bazarda olan yeni telefon və planşetlərin parametrləri ilə eyni olan Pro Lab, bir növ onların böyük ölçülüsü sayılır.
 

Ideum'dan sensor ekranlı 4K masa: Pro Lab

 
Windows 8 Professional əməliyyat sistemi, Intel Core i7 prosessor32 GB DDR3 RAM-la təchiz olunmuş Pro Lab, 24 TB ilə də istifadəçiyə böyük yaddaş sahəsi təqdim edir.

Wi-Fi, Bluetooth kimi xüsusiyyətləri də olan Pro Lab'ın qiyməti də təxmin edildiyi kimi bahadır.
  

Ideum'dan sensor ekranlı 4K masa: Pro Lab


Aprelin ilk həftəsi satışa buraxılması gözlənilən Pro Lab'ın qiyməti 24000 dollar olacaq.
Technonews