Microsoft, Windows 10 üçün minimum sistem ehtiyaclarını açıqladı

Microsoft, Windows 10 üçün Minimum Sistem Ehtiyaclarını açıqladı

 
Microsoft, bu yay aylarından etibarən Windows 10'u istifadəyə təqdim edəcək. Yeni əməliyyat sisteminin həm mobil cihazlar, həm də PC üçün minimum sistem ehtiyaclarını açıqlayan şirkət, böyük ehtimalla bütün cihazların bu sistemi dəstəkləməsini təmin edəcək.

Həm mobil, həm də PC üçün minimum sistem ehtiyaclarını ayrı-ayrı şablonlarla açıqlayan Microsoft, xüsusiyyətləri mümkün qədər aşağı səviyyədə tutmağa çalışıb. Onlar, beləliklə heç bir istifadəçinin yeni əməliyyat sistemindən məhrum qalmasını istəmirlər.
 
Mobil cihazlar üçün minimum sistem ehtiyacları
32-bit versiya üçün 512 MB RAM
64-bit versiya üçün 1 GB RAM (təxmini)
4 GB daxili yaddaş
DirectX 9 dəstəkli ekran kartı
 
Bundan başqa ekran ölçülərinə görə tələb olunan daxili yaddaş sahələri aşağıda aydın şəkildə göstərilmişdir.

Microsoft, Windows 10 üçün Minimum Sistem Ehtiyaclarını açıqladı

Masaüstü (PC) kompüterlər üçün minimum sistem ehtiyacları
32-bit üçün 1 GB RAM
64-bit üçün 2 GB RAM
32-bit üçün 16 GB daxili yaddaş
64-bit üçün 20 GB daxili yaddaş
DirectX 9 dəstəkli ekran kartı

Microsoft, Windows 10 üçün minimum sistem ehtiyaclarını açıqladı

Technonews