70 dollarlıq Microsoft Lumia 430

Microsoft yeni, sərfəli ağıllı telefonu Lumia 430-u rəsmi olaraq təqdim edib. Cüt SIM kart dəstəyinə malik olan Microsoft Lumia 430-un ilkin mərhələdə, Hindistan, Orta Şərq, Afrika, Asiya, Rusiya və Qazaxıstan kimi bölgələrdə satışa çıxarılacağı bildirildi.

Cihazın xüsusiyyətləri isə belədir;
- 1.2 GHz iki nüvəli Qualcomm Snapdragon 200 çipset,
- 4 düym LCD ekran, 800x480 piksel,
- 1GB RAM,
- 8GB yaddaş (microSD dəstəyi var),
- 2 MP arxa, 0.3 MP VGA ön kamera.

Aprel ayında satışa təqdim olunması gözlənilən bu telefonun qiyməti isə 70 dollar olacaq.
 

70 dollarlıq Microsoft Lumia 430

Technonews