Forsaj 7’dən yeni beynəlxalq fraqment

Forsaj 7’dən yeni beynəlxalq fraqment

 
Original adı Furious 7 (köhnə adı Fast and Furious) olaraq dəyişdirilən, ölkəmizdə Forsaj olaraq tanınan bu filmin 7-cisindən yeni fraqment yayımlanıb.

Dünya səviyyəsində milyonlarla pərəstişkarı olan film, görünür ki, yenə böyük işlər bacaracaq. Xüsusilə də, Paul Walker'in ölümündən sonra qardaşının onu əvəz edərək filmdə iştirak etməsi bu seriyanın pərəstişkarlarından başqa digərlərinə də maraqlı gələcəkdir.

Paul Walker'lə yanaşı Vin Diesel, Michelle Rodriguez, Jason Statham, Kurt Russell, Dwayne Johnson kimi məşhurların olduğu, Justin Lin'in rejissorluq etdiyi Forsaj 7-nin yeni beynəlxalq fraqmentini aşağıdan izləyə bilərsiniz.

Film, 3 Aprel 2015-ci ildə yayımlanacaq.
 

Technonews