Pixels filmindən gözlənilən fraqment gəldi

Pixels filmindən gözlənilən fraqment gəldi

 
Patrik Jean'ın təxminən 5 il əvvəl YouTube'da yerləşdirdiyi Pixels adlı qısa filmi xatırlayanınız varmı? Əgər xatırlamırsınızsa, bu xəbərin ən altında fraqmentdən sonra həmin qısa filmi izləyə bilərsiniz.

Niyə bu qısa film mövzusuna girdiyimizi bildirək. Yayımlandığı zamanlarda milyonlarla adamın bəyəndiyi bu qısa filmi Adam Sandler da çox bəyənmiş və uzun film proyektinə çevirmişdir. Rejissorluqla yanaşı, o filmin baş rolunda da iştirak edir.

Pixels filmi oyun dünyasından tanıdığımız personajların dünyanı zəbt etməsi mövzusundadır. Adam Sandler'ın canlandırdığı obraz Sam Brenner və yoldaşları dünyanı oyun personajlarından xilas etməyə çalışacaq. Filmdə həmçinin Peter Dinklage, Josh Gad ve Michelle Monaghan kimi məşhurlar iştirak edir. Hətta Pac-Man'ın yaradıcısı Toru Iwatani kimi sürprizlər də var (Iwatani filmdə əslən özü deyil).

Pixels filminin premyerası 24 iyul 2015-ci ildə baş tutacaq. Fraqmenti aşağıda izləyə bilərsiniz. Ondan altda isə bu filmə ilham mənbəyi olan qısa film var.
 

 
Qısa film:
 

Technonews