HP'dən 180 dollara mini kompüter: Stream Mini

HP'nin yeni mini kompüteri - Stream Mini texniki xüsusiyyətlər baxımından çox bir şey vəd etməsə də, daşına bilən olması ilə seçilir və televizoru kompüter olaraq istifadə edə bilmək üçün hazırlandığını deyə bilərik.

Olduqca kiçik və maraqlı görünən cihaz Windows 8.1 əməliyyat sistemli olaraq gəlir. Üzərində olan 4 USB portu, 1 HDMI 1 DisplayPort ilə rahat istifadəni təmin edir.

Bundan başqa, McAfee Antivirusu ilə də qorunması təmin edilən cihaz, televizorun ekran ölçülərinə avtomatik olaraq uyğunlaşa bilir. Beləliklə, əlavə olaraq görüntü nizamlamaları ilə məşğul olmursunuz.
 

HP'dən 180 dollara mini kompüter: Stream Mini

HP Stream Mini Xüsusiyyətləri:

Prosessor: İki nüvəli Intel Celeron 2957U (1.4 GHz, 2 MB cache)
Video kart: Intel HD Graphics
Yaddaş sahəsi: 32GB SSD
RAM: 2GB 1600 MHz DDR3L (16GB'a qədər artırıla bilər)
Əlaqə növləri: WiFi 802.11b/g/n və Bluetooth 4.0
Portlar: 4 USB 3.0, 1 HDMI, 1 DisplayPort
Ölçü: 14.5 x 14.5 x 5.4 sm
Ağırlıq: 1,3 kq
Qiymət: 180 $
Əlavələr: Yaddaş kartı oxuyucusu, 3.5mm Jack girişi

 

HP'dən 180 dollara mini kompüter: Stream Mini 

Göründüyü kimi, aşağı göstəricili parametrlərə malik olan Stream Mini, 32GB ölçülü SSD yaddaş ilə arxiv yaratmaq imkanı vermir. 180 dollar sərfəli qiyməti olmaqla yanaşı, 200GB-lıq OneDrive cloud xidməti də yanında hədiyyə olaraq verilir.
Technonews