Facebook Messenger'ə pul köçürmə xüsusiyyəti gəlir

Facebook, artıq Venmo vasitəsilə Messenger proqramından ödəniş etmək imkanı təqdim edir.

Messenger proqramının yeni xüsusiyyəti ilə klaviaturanızın yanında olan kiçik bir ''$'' simvolu ilə, pul köçürməsi etmək mümkün olacaq. Burada sadəcə göndərmək istədiyiniz miqdarı daxil etmək və toxunmaq kifayətdir.

Əgər sistemdə qeydiyyatlı ödəniş profiliniz varsa, bu profillə Facebook Messenger'in yeni xüsusiyyətini istifadə edə biləcəksiniz.

Əgər yoxdursa, Mastercard və ya Visa kart nömrəsini daxil edərək, qeydiyyatdan keçmək lazım olacaq. IOS cihazı istifadə edirsinizsə, TouchID sistemi ilə ödəniş edə biləcəksiniz.
Bundan başqa kart nömrənizi daxil etdiyiniz sistemə sadə bir PIN kod qeyd edərək də bu prosesi reallaşdıra bilərsiniz.

Pul köçürmədə bütün nizamlamalar barədə məsuliyyət daşıyan Facebook, pul köçürməsi etdiyiniz adamın bank hesabı olmaması vəziyyətində, pulunuzu öz sistemində saxlayacaq. Göndərdiyiniz adam bir bank hesabı açdıqda, pul birbaşa olaraq oraya köçürüləcək və ya göndərdiyiniz pul çatmadığı zaman yenidən sizin hesabınıza qaytarılacaq.
 

Facebook Messenger'ə pul köçürmə xüsusiyyəti gəlir

 
Facebook, sistemdə fırıldaqçılıq kimi hadisələrin qarşısını almaq üçün də mütəxəssislərdən yaradılmış bir qrupu, bu sistemi nəzarət üçün təyin edəcək.

Bu addımın istifadəçi sayını artıracağını da düşünən Facebook, yeni funksiyasını Android, IOSVeb üçün gələn ay istifadəyə verəcək. Hələ ki, bu an üçün Amerikada istifadəyə təqdim ediləcəyi bildirilən bu xüsusiyyətin, digər ölkələrə nə vaxt təqdim ediləcəyi haqqında isə hələ ki, heç bir məlumat verilməyib.
Technonews