Battlefield: Hardline'nin çıxış videosu yayımlandı

Battlefield: Hardline'nin çıxış videosu yayımlandı
 
Viscreal Games tərəfindən uzun müddətdir hazırlanan və bilindiyi kimi Electronic Arts tərəfindən yayımlanması nəzərdə tutulan Battlefield: Hardline'nin çıxış tarixinə az müddət qalmış, çıxış videosu yayımlandı.

Seriyaları yaxından izləyənlərin də bildiyi kimi, əvvəlki seriyalar əsgər mövzusunda idi. Ancaq bu dəfə Battlefield: Hardline seriyasında əvvəlkilərdən fərqli olaraq, açıq döyüş meydanları və əsgər fantastikası olmayacaq.
 
 
Bu deyilənlərı çıxış videosunda aydın görmək mümkündür. Şəhərin mərkəzində baş verən oğru-polis qarşıdurmaları, əsgər mövzusundan uzaq silahlar və vasitələr, qaçmaq, qovmaq səhnələri çox fərqli bir Battlefield təcrübəsi yaşadacaq.

Battlefield Hardline PS 4, PS 3, Xbox One, Xbox 360PC üçün 17 martdan etibarən satışa buraxılacaq.
Technonews