HTC satış müdiri Apple'ı təriflədi

HTC satış müdiri Apple'ı təriflədi

 
Tayvan mərkəzli texnologiya şirkəti HTC'nin Satış müdiri Idris Mootee, müsahibə verib.

Müsahibəsində texnologiya şirkətləri haqqında fikirlərini açıqlayan HTC idarəçisi, Apple'ı tərifləmiş, Samsung barədə də maraqlı fikirlər söyləmişdir.

O, texnologiya şirkətlərinin müvəffəqiyyətli olmasının, cihazlarla istifadəçilər arasında qurulan münasibətdən asılı olduğunu bildirdi. Mootee, Apple'nin bunu çox yaxşı bacardığını, ancaq Samsung'un bu mövzuda bacarıqsız olduğunu bildirdi.
 
Hətta HTC'nin də istifadəçilərlə münasibət qurma mövzusunda Apple qədər bacarıqlı ola bilmədiyini söyləyən Mootee, Apple'nin bu qədər böyüməsini, sevilməsini, məşhurlaşmasını bununla əlaqələndirib.

Mootee, Samsung'un münasibət mövzusunda çox zəif olduğunu ifadə edərkən, onların hər şeyi pul üçün etdiyini də bildirib.
Technonews