Mortal Kombat X Mobil oyununun videosu yayımlandı

Mortal Kombat X Mobil oyununun videosu yayımlandı

 
NetherRealm Studios keçən aylarda əfsanəvi döyüş oyunu seriyası Mortal Kombatın 10-cu oyununu konsol və PC-lər üçün davam etdirəcəyini bildirmişdi. Mortal Kombat X obrazları haqqında hər gün yeni bir məlumat gəlirdi. Keçən həftə isə oyunun iOSAndroid platformasına da gələcəyi açıqlanmış və bu xəbər mobil oyunçuları həyəcanlandırmışdı.

Mortal Kombat X-un mobil platformalarda necə görünəcəyi isə maraq mövzusu olmuşdu. Yeni yayımlanan video artıq hər şeyi aydın göstərir, oyunun necə olacağını, idarə mexanizminiqrafikalarını əks etdirir.
 
 
Videodan görünür ki, Mortal Kombat X konsol keyfiyyətindəki qrafikaya sahib olacaq. Tək toxunuş idarə mexanizmi ilə idarə edilən oyun gələn ay App Store və Google PlayStore'da ödənişsiz yayımlanacaq.
Technonews