ZTE Grand S3 - gözlə açılan telefon

ZTE Grand S3 - gözlə açılan telefon

 
Telefon kilidi açma üsullarına daha bir yenisi əlavə olundu. ZTE'nin Çində təqdim etdiyi Grand S3, sizi gözlərinizə baxaraq tanıya bilir. Hətta, bunu hər hansı bir əlavə təchizat olmadan, yalnız ön kamerası ilə edir.

EyeVerify'nin EyePrint ID texnologiyasından istifadə edən telefonu kilidli ikən açmaq üçün əvvəlcə güc (power) düyməsinə basmaq, sonra isə barmağı yuxarıdan aşağıya doğru çəkmək lazımdır. Bu anda gözlərin xarakteristikaları qəbul edilir. Telefonu gözə çox yaxın və ya çox uzaq tutduqda, xəbərdarlıq göstərilir (15sm məsafə kafidir). Yoxlama əməliyyatı, yarım saniyədə baş verir və kilid açılır.

Sky Eye adlı bu sistemi istifadə etməyə başlamamışdan əvvəl gözü tanıtmaq üçün kiçik nizamlama etmək lazımdır. Bunun üçün ekranda yuxarı və aşağı doğru hərəkət edən yaşıl xətti 8 saniyə boyunca izləmək tələb olunur. Bu anda ön kamera, gözün ağ qismindəki damarları qeyd edir və xüsusi profil yaradır.
 

ZTE Grand S3 - gözlə açılan telefon

 
ZTE, yeni funksiyanın gələcəkdəki Grand telefonlarında, daha sonra isə mobil ödəmələrdə istifadə ediləcəyini bildirir.
Technonews