Facebook'da yenilik: Şəkillərə sticker əlavə etmək

Facebook'da yenilik: Şəkillərə sticker əlavə etmək

 
Facebook'un mobil platforması üzərində etdiyi yeniliklərə daha bir yenisi əlavə olundu. Belə ki, Android və iOS platformalarında yüklənən şəkillərə artıq sticker (yapışdırılan) əlavə etmək mümkündür və beləliklə, fotoşəkil paylaşımları daha maraqlı və əyləncəli görünəcəkdir. Bunun üçün mobil'lə şəkil yükləyərkən ekranın alt hissəsindəki sticker simvolundan lazımi sticker'i seçib, şəklə əlavə etmək lazımdır.

Həmçinin, buradakı sticker'ləri şəklin istənilən yerinə qoymaq, ölçülərini dəyişdirmək də mümkündür.
Technonews