Android 5.0 Lollipop, iOS 8'dən daha az çökür

Android 5.0 Lollipop, iOS 8'dən daha az çökür

 

Əməliyyat sistemi dünyasının iki böyük rəqibi iOSAndroid ilə bağlı çox maraqlı iddialar var. Deyilənlərə görə, Android 5.0 Lollipop, iOS 8'ə nisbətən daha stabil işləyir.

Apple, iPhone 6 və iPhone 6 Plus'u çıxarması ilə birlikdə, bu iki cihaz üçün son yenilənmiş əməliyyat sistemi iOS 8'i istifadəyə təqdim etmişdi. İstifadəçilərin şərhlərinə baxıldığı zaman cihazlarının olduqca stabil olduğunu söyləyənlərin sayı bir xeyli çox idi. Lakin, Crittercism'in yayımladığı iOS və Android istifadə statistikalarında, Android'in iOS 8'ə nisbətən bir az daha çox stabil olduğu görünür.

Crittercism'in statistikalarına görə, Android 5.0 Lollipop'un çökmə nisbəti, iOS 8 istifadəçilərinin bildirdikləri çökmə nisbətinə görə daha aşağı səviyyədədir. Android 5.0 Lollipop cihazlarda 2% nisbətində, iOS 8'də isə 2,2% nisbətində çökmə halları baş verir.

 

Android 5.0 Lollipop, iOS 8'dən daha az çökür

Technonews