Klaviatura görünüşlü Android PC: OneBoard Pro+

Klaviatura görünüşlü Android PC: OneBoard Pro+

 
Bu klaviatura göründüyü kimi adi klaviatura deyil, Çinlilər tərəfindən hazırlanmış yeni 4 nüvəli Android PC klaviaturadır.

Güc kabeli ilə birlikdə USBHDMI girişlərinə malik olan klaviatura, monitora və ya televizora qoşulduqda Android kompüterə çevrilir. OneBoard Pro+ adlanan bu klaviatura, Pekin Cool Computer Co. tərəfindən istehsal olunmuşdur.
 

Klaviatura görünüşlü Android PC: OneBoard Pro+

 
İnkişaf edən texnologiyaya uyğunlaşaraq fərqli funksiyaya malik klaviatura çıxaran şirkət, cihazı 300 dollar səviyyəsində satışa təqdim etmişdir. Məhsulun keçid xüsusiyyətindən istifadə edərək normal kompüterə və ya klaviaturanın Android sisteminə keçid etmək mümkündür.
Technonews