360.com domeni 17 milyon dollara satıldı

360.com domeni 17 milyon dollara satıldı

 
Domen adı bazarı əslində o qədər də ucuz deyil. Bəzən domen adı almaq minlərcə dollara başa gələ bilər. Lakin bunların lap bahalı nümunələri də mövcuddur. Məsələn, 2013-cü ildə Men.com domeni 1.300.000 $-a, Property.com domeni isə 4.000.000 $'a satılmışdır. 

Hələ bu harasıdır ki... Bundan bahalı domen adları da var.

Domen Kralı olaraq adlandırılan Rick Schwartz adlı şəxs porno.com domenini 8.888.888 $ kimi maraqlı və olduqca bahalı qiymətə almışdır. Bundan əvvəl isə bu domeni 42.000 $-a almışdılar. Bundan daha bahalı domen isə sex.com olmuşdur. Adından nə tip sayt olduğu məlumdur, 2010-cu ildə satılan bu domen 13.000.000 $ qiymətlə rekord qırmışdı.

360.com domeni 17 milyon dollara satıldı

 
Ancaq keçən günlərdə satılan bir domendən sonra bu rekord yenilənmiş oldu. Belə ki, Vodafone'nin sahib olduğu 360.com domeni Qihoo adlı şirkət tərəfindən 17.000.000 $-a alındı və beləcə rekord yenilənmiş oldu. Qihoo şirkətinin bu domeni almaq səbəbi isə 360.cn domenini .com domeninə köçürməkdir.
Technonews