Toshiba'dan yeni, şifrəli USB flash

Toshiba'dan yeni, şifrəli USB flash

 
Yaddaş sahəsi kimi tez-tez istifadə etdiyimiz USB flash'lara Toshiba yenisini əlavə etdi. Digərlərindən tamamilə fərqli olaraq, bu yeni məhsulun üzərində şifrə paneli mövcuddur.

Yiyəsindən başqa heç kəsin daxil ola bilməyəcəyi flash'ın üzərində 0-dan 9-a kimi rəqəmlər və açar düyməsi yerləşdirilmişdir. Yaddaşı istifadə etmək üçün ilk olaraq, əvvəlcədən təyin olunmuş şifrəni daxil etmək lazımdır. Əgər şifrə 10 dəfə ard-arda səhv daxil edilərsə, yaddaşın içindəki məlumatlar özünü avtomatik olaraq silir. LED işıqlı rəqəmlərdən ibarət olan USB yaddaş, kompüterlə əlaqəsi kəsildikdən sonra avtomatik təhlükəsizlik sistemini aktivləşdirir.  
 

Toshiba'dan yeni, şifrəli USB flash

 
Ən çox dövlət təşkilatlarında istifadə edilməsi gözlənən USB flash'ın başlanğıc qiyməti 60-180 dollar arasında dəyişir. Bundan başqa 4 GB, 8 GB, 16 GB və 32 GB olmaqla, 4 fərqli variantı vardır.
Technonews