Whatsapp'ın yeni sim kartı: WhatSim

Whatsapp'ın yeni sim kartı: WhatSim

 
Dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp, WhatSim adlı yeni bir SIM kart çıxarıb. WhatSim, 150 ölkədə 400-dən çox operatorda xidmət göstərəcək.

WhatSim sayəsində internetə ehtiyac olmadan, multimediya məlumatları çıxmaq şərtilə pulsuz mesajlaşa biləcəksiniz. Multimediya üçün isə xüsusi təyin olunmuş kreditlər tətbiq ediləcək. Məsələn: fotoşəkil üçün 20, səsli mesaj üçün 5 və video üçün 100 kredit.
Ancaq ölkələr üçün kredit sayı fərqli olacaq. Belə ki, ölkələr 4 zonaya ayrılıb və Azərbaycan 2-ci zonaya daxildir. Nəticədə Azərbaycan üçün fotoşəkil 75, səsli mesaj 15, video 300 kredit olacaq. 

Bu kreditlərin təbii ki müəyyən bir qiyməti var. 5 avro ilə 1000 kredit, 50 avro ilə 10000 kredit ala biləcəksiniz.
 

Whatsapp'ın yeni sim kartı: WhatSim

 
WhatSim'ə ildə 10 avro ödəyərək rəsmi veb saytından onlayn sahib ola bilərsiniz. Eyni zamanda kreditləri də onlayn almaq mümkündür.
Technonews