WhatsApp artıq rəsmi olaraq Vebdə

 WhatsApp artıq rəsmi olaraq Vebdə

 

Bir çox insanın indiyə qədər səbirsizliklə gözlədiyi an nəhayət ki gəlib çatdı. Whatsapp artıq kompüterdə də istifadə edilə bilər. Ancaq bu xüsusiyyəti istifadə edə bilmək üçün, Android, Windows Phone və ya BlackBerry istifadəçisi olmalısınız, yəni iOS üçün hələ ki bu funksiya aktiv deyil.

Whatsapp'ı kompüterdə istifadə edə bilmək üçün əvvəlcə proqramı ən son versiyaya yeniləyin. Daha sonra https://web.whatsapp.com/ daxil olun, burada sizə QR codu təqdim olunacaqdır.  

WhatsApp artıq rəsmi olaraq Vebdə

 

Ardınca telefondan WhatsApp proqramına daxil olub, menyudan Whatsapp Web seçməlisiniz.
 

WhatsApp artıq rəsmi olaraq Vebdə

  

WhatsApp artıq rəsmi olaraq Vebdə

 

Daha sonra saytdakı QR code'u telefona oxudursunuz və Whatsapp vebdə açılır.
Bu qədər sadədir.
 

https://web.whatsapp.com/

 

Onu da qeyd edək ki, bunun üçün Google Chrome brauzerindən istifadə etməlisiniz. Bundan başqa əgər telefonunuzda internet əlaqəsi olmazsa və ya batareyası bitmiş (sönülü) olarsa, bu anda vebdə göndərdiyiniz mesajlar qarşı tərəfə getməyəcək və ya gəlməyəcəkdir.

Technonews