Dünyanın ən böyük kamerası Çilidə qurulacaq

Dünyanın ən böyük kamerası Çilidə qurulacaq

 
Large Synoptic Survey Telescope adıyla Çilidə qurulması planlaşdırılan 3,2 Gigapiksellik kamera elm və astronomiya dünyası üçün böyük əhəmiyyət daşıyır. Proyektin hazırlanma mərhələsində olduğunu bildirən səlahiyyətli şəxslər, ətraflı məlumat da veriblər.

LSST Direktoru Steven Kahn, açıqlamasında kameranın hazırlanması üçün lazımi qədər pulun əldə edildiyini bildirdi. Proyekti 2011-ci ildə təsdiqləyən ABŞ bundan sonrakı dövrdə ehtiyac duyulan fondun toplanmasının lazım olduğunu qeyd etmişdi. Proyektin 2022-ci ildə tamamlanması gözlənilir.
 

Dünyanın ən böyük kamerası Çilidə qurulacaq

 
İndiyə qədərki ən böyük kamera LSST, Çilinin Cerro Pachon dağında qurulacaq və 3 ton ağırlığında olacaq. Fərqli CCD tipli sensorun (189 ədəd) birləşdirilməsi nəticəsində nəhəng göstəriş mexanizması yaradan kamera, 644 km uzaqlıqdakı bir avtomobilin faralarını belə dəqiq şəkildə göstərəcək. Bu görüntülər Kainatı daha yaxşı anlamağımıza kömək edəcək və kamerada yaddaş sahəsi orta hesabla 6000 terabayt olacaq.
Technonews