Su keçirməyən iPhone 6 örtükləri

Apple şirkəti, Android'də olan bir çox gərəksiz və istifadəçini qorumayan məhsullar yerinə, gündəlik həyatı daha asan və etibarlı edən məhsullar üzərində çalışır. 

Bu məhsullara nümunə olaraq su keçirməyən, nəmə və toza dözümlü örtüklər göstərilə bilər. Aquatik şirkətinin inkişaf etdirdiyi texnologiya sayəsində bütün ağıllı telefonlar su keçirməz ola bilirlər. 

Dog & Bone Wetsuit
 

Su keçirməyən iPhone 6 örtükləri


Bu örtük IP68 (uzun müddət su altında qala bilmə) standartında qorumanı təmin edir və cihazınızı zərbələrə qarşı da qoruyur. Telefonunuz bir neçə metr yüksəklikdən yerə düşsə belə onu qoruya bilən bu örtüyün narıncı, qara və ağ rəngləri bazarda mövcuddur. Qiyməti isə 79 dollar olaraq təyin olunmuşdur.
 
Supcase for iPhone 6
 

Su keçirməyən iPhone 6 örtükləri

 
Bu örtüyün olduqca maraqlı bir görünüşə sahib olduğunu görsək də, suya qarşı tam qoruma təmin etməməsi bizləri təəssüfə uğradır. Az miqdarlı yağışa və püskürən sulara qarşı dözümlü olan örtüyün qiyməti 25 dollardır. Tünd boz, qızıl sarısı və gümüş rənglərdə variantları vardır.
 
New Trent Trentium 6S
 

Su keçirməyən iPhone 6 örtükləri

 
New Trent firmasının məhsulu olan Trentium 6S, Apple'ın zərif görünüşünə uyğunlaşa bilir. Yüksək nisbətdə qoruma təmin etməyən örtük, toz və nəm kimi aşağı ölçülü təsirlərdə bacarıqlıdır. Qalınlığı 3mm olan örtüyün qara, boz və qızılı rəngdə olanları var və qiyməti 22 dollar təşkil edir.
 
LifeProof fre
 

 

Standart IP68 qoruması təmin edən LifeProof fre, toza və zərbələrə qarşı da yüksək nisbətdə dözümlüdür. İstifadəçilər tərəfindən seçilməsinin ən böyük səbəbi isə suya qarşı çox dözümlü olmasıdır. Yalnız qara rəngi olan örtüyün qiyməti isə 80 dollardır.
 
Lunatik Aquatik
 

Su keçirməyən iPhone 6 örtükləri

 
Lunatik Aquatik toza və nəmə qarşı tam qorumanı təmin edir. Corning Gorilla Glass (0,4mm incəliyə qədər ola bilən və kimyəvi olaraq zərbələrə qarşı gücləndirilmiş şüşə təbəqə) xüsusiyyəti sayəsində isə zərbələrə qarşı tam dözümlüdür. Aprel ayında bazara çıxarılması gözlənən örtüyün 100 dollar qiyməti var.
 
Son olaraq Aquatik
 

Su keçirməyən iPhone 6 örtükləri

 
Əgər yuxarıda qeyd edilən örtüklər sizi qane etmədisə Aquatik ilə tanış olun. Firma telefonunuzun ala biləcəyi ziyanı ən aşağı səviyyəyə endirmək üçün böyük işlər görür. Təxminən 90% nisbətində müvəffəqiyyət əldə edən firmanın ən böyük xüsusiyyəti isə bütün ağıllı telefonlara tətbiq oluna bilməsidir. Xüsusi bir örtmə texnikasını tətbiq edən firmanın xidmətindən faydalanmaq istəyirsinizsə 60 dollardan keçməlisiniz.
Technonews