Project Ara Spiral 2 təqdim edildi

Project Ara Spiral 2 təqdim edildi

 
Google'nin modullu ağıllı telefonu Project Ara'nın yeni prototipi təqdim edildi. 
Belə ki, Mountain View Project Ara İnkişaf Etdiriciləri Konfransında, Project Ara'nın ilk telefonunun nə vaxt gələcəyi açıqlandı. Spiral 2 olaraq adlandırılan bu telefon, proyekt daxilində inkişaf etdirilən modullu telefonun ilk versiyası olmaq xüsusiyyətinə malikdir.

Project Ara'nın bu telefonunun hissələrini dəyişdirmək mümkün olacaq. Məsələn, telefonun kamerasının xarab olması və ya ekranında bir çat yaranması nəticəsində bəzən onun bütöv dəyişdirilməsi lazım olurdu. Project Ara'nın inkişaf etdirdiyi Spiral 2-də isə sadəcə zədələnmiş hissələri yeniləri ilə dəyişdirmək mümkündür. 
 

Project Ara Spiral 2 təqdim edildi


Yaradılan bu yeni konseptdə cihaz, alüminium bir skelet üzərində birləşdirilə bilən təchizat modullarından ibarət olacaq. Bu modullar, telefonla əlaqədar ağılınıza gələn hər hansı bir hissəni əvəz edə bilir. Siz bu hissələri, büdcənizə uyğun xüsusiyyətlərə malik hissələrlə dəyişdirə biləcəksiniz. Hazırda 11 müxtəlif modul vardır və il sonuna kimi 30-a qədər artacağı istisna olunmur.

Çoxdandır gözlənilən Spiral 2'nin xüsusiyyətləri isə o qədər yüksək səviyyədə olmayacaq. 720x1280 ekran, iki fərqli Marvell PXA1928NVIDIA Tegra K1 prosessor, 5 MP kameradan ibarət olan telefonda əlaqə vasitələri olaraq 3G, Wi-Fi, (4G LTE-nin dəstəkləniləcəyi başqa bir modul da olacaq) və Bluetooth vardır.
 

Project Ara Spiral 2 təqdim edildi


Spiral 2 ilk olaraq Porto Rikoda satışa təqdim ediləcək. Bu modeldən sonra gəlməsi gözlənilən Spiral 3, daha yüksək texniki xüsusiyyətlərlə qarşımıza çıxacaq.
 
 

Technonews