Microsoft'un ən ucuz ağıllı telefonu: Nokia 215

 

Microsoft'un ən ucuz ağıllı telefon: Nokia 215


Microsoft rəsmi olaraq Nokia 215 adlı internetə qoşula bilən, öz sinfinin ən ucuz telefonunu təqdim etdi.

2G dəstəkləyən telefon, 2.4 düym böyüklükdə olan 320x240 piksel ekrana, 0.3 MP kameraya, Bluetooth 3.0FM radioya malikdir. 29 gün gözləmə rejimi (iş müddəti) olan cihaz 1100mAh batareya gücü ilə təchiz olunmuşdur.
 

Microsoft'un ən ucuz ağıllı telefon: Nokia 215


Facebook, Facebook Messenger, Bing Search, Opera Mini və MSN Weather kimi mobil proqramları sayəsində öz seqmentinin ən funksional və ucuz telefonu olan Nokia 215-in qiyməti 29 dollar olaraq müəyyən edilib.

2015-ci ilin aprel ayına girməmiş Asiya, Avropa, Afrika və Orta Şərq ölkələrində satışa buraxılması gözlənən cihaz, qara, ağ və sarı rəng variantları ilə təqdim ediləcək. Aşağıda məhsulun rəsmi təqdimat videosunu izləyəcə bilərsiniz.

 


Technonews