Dünyanın ən yüksək sürəti dəstəkləyən router'i təqdim edildi

Dünyanın ən yüksək sürəti dəstəkləyən router'i təqdim edildi

 
Görünüş etibarilə tərsinə yatmış hörümçəyə bənzəyən D-Link'in yeni router'i AC5300 DIR-895L/R şirkət tərəfindən təqdim edilən ən inkişaf etmiş router'dir.

Bütün Wi-Fi standartlarını dəstəkləyən, 5.3 Gbit/san'ə qədər sürəti təmin edən router, bu sahədə rekord qıran ilk router'dir. 5.3 Gbit interneti 3 fərqli kanalla paylaya bilən bu modeldə, kanallardan biri 2.4 GHz1 Gbps, digər iki kanal isə 5 GHz2.1 Gbps sürət dəstəyi təmin edə bilir.

Bundan başda daha iki model təqdim edən D-Link, AC3200 DIR-890L/R modeli ilə 2.4 GHz tezlikli kanaldan 600 Mbps sürətində ötürmə etməklə yanaşı, 5 GHz'lik iki kanaldan isə maksimum 1.3 Gbps sürət təmin edir.

Son olaraq bu seriyanın ən aşağı modeli olan AC3100 DIR-885L/R isə 3 kanal əvəzinə 2 kanaldan ibarətdir. Bu iki kanal isə cəm olaraq 3.1 Gbps sürət dəstəyi təmin edir.

Görünüş baxımından eyni olan bu üç modelin ən yüksək sürət səviyyəsinə sahib olanında 8, orta səviyyədəkində 6, ən aşağı modelində isə 4 ədəd antena var.

Yaxınlarda satışa buraxılması gözlənən AC3200 DIR-890L/R modelinin qiyməti başlanğıc 390$ dollar olacaq. Digər modellərin isə gələcək günlərdə qiymətlərinin müəyyən olunacağı və yaz aylarında satışa buraxılacağı gözlənilir.
 

Technonews