Müştəri məmnuniyyətində Samsung Apple'ı keçdi

 

Müştəri məmnuniyyətində Samsung Apple'ı keçdi


Müştəri məmnuniyyəti baxımından həmişə zirvədə qalan Apple, ABŞ'da yerini bu dəfə ən böyük rəqibi Samsung'a verməli oldu.

TheAcsi.org tərəfindən yayımlanan hesabata görə, müştəri məmnuniyyəti siyahısında keçən ilə nisbətən 6% nisbətində artım yaradan Samsung, ağıllı telefon istehsalçıları arasında zirvəyə qalxdı. Apple isə 2013-cü ilə nisbətən 2.5% geriləməklə 2-ci yerə düşdü. Faiz olaraq baxsaq, Samsung'un 81%, Apple'nin 79% olduğunu görürük.

Siyahıda növbəti gələn Nokia 77% müştəri məmnuniyyəti ilə üçüncü yeri Motorola ilə birlikdə paylaşır. Ardınca 75% ilə HTC, 74% ilə BlackBerry71% ilə LG gəlir. 
 

Müştəri məmnuniyyətində Samsung Apple'ı keçdi

Technonews