Vertu'dan yeni ağıllı telefon: Bentley

Vertu'dan yeni ağıllı telefon: Bentley

 
Həmişə çıxardığı xüsusi dizayn lüks telefonlar ilə seçilən Vertu, Bentley adlı yeni telefon modelini təqdim etdi. Texniki xüsusiyyətləri və gözəlliyi ilə heyran edən telefonun qiyməti isə təxmin edildiyi kimi çox yüksəkdir.
 
Hər parçası xüsusi olaraq hazırlanmış Vertu Bentley'in bəzi hissələri dəri ilə örtülmüşdür və telefon, xüsusi olaraq hazırlanmış proqramlara və wallpaper'lərə sahibdir.
 
4.7 düym safir kristal və 1080 x 1920 piksel ekran olan telefonda Snapdragon 801 prosessor vardır. Bundan başqa 13 MP arxa kamera və 2.1 MP ön kamera mövcuddur. 64 GB daxili yaddaş tutumu olan telefonun batareyası 2275 mAh təşkil edir.
 
Android 4.4 KitKat əməliyyat sistemi ilə çalışan telefonun satışı isə çox yaxında başlayacaq. Sadəcə 2000 ədəd çıxarılan Vertu Bentley ağıllı telefonun satış qiyməti isə 12.500 € olaraq təyin olunmuşdur.
 

Technonews