Facebook hər istifadəçisinə 10 min dollar təzminat ödəyə bilər

Facebook hər istifadəçisinə 10 min dollar təzminat ödəyə bilər

 
İstifadəçilərin mesajlarını yoxlayaraq onların gizlilik hüquqlarını pozduğunu iddia edilən Facebook məhkəməyə verildi. Facebook'un hər istifadəçiyə 10 min dollar təzminat ödəməsi istənilir.

1.35 milyard aktiv istifadəçisi olan Facebook'un qanunlara zidd olaraq istifadəçilər arasındakı mesajları yoxladığı və bununla da hansı istifadəçiyə hansı reklamı göstərəcəyinə qərar verdiyi iddia edilir. Facebook istifadəçisi Matthew Campbell, sosial şəbəkə saytının bu səbəbə görə istifadəçilərinə təzminat ödəməsini tələb etdi.

Bu iddianın məhkəməyə qədər çıxmasından sonra mövzu ilə əlaqədar açıqlama edən ABŞ şirkəti, Facebook'un bu üsulla qanunları pozacaq hərəkət etmədiyini bildirdi. 

Şikayəti araşdıran Hakim Phyllis Hamilton məhkəmədə iş qaldırılmasından yana qərar verdi. ABŞ'ın Kaliforniya ştatında baş verəcək məhkəmənin Facebook əleyhinə qərarla nəticələnməsi vəziyyətində, şirkətin tarixi təzminat ödəmək məcburiyyətində qala biləcəyi düşünülür. 
Technonews