Dünyanın ən sürətli interneti ABŞ'da

Dünyanın ən sürətli interneti ABŞ'da olacaq


ABŞ'ın Minnesota ştatındakı Minneapolis şəhəri, dünyadakı ən sürətli internetə qovuşmaq üzrədir. Bu super sürətli internetin saniyədəki sürəti 10 gigabit'a çatır.
 
Yəni, bu o deməkdir ki, 20-30 GB-lıq oyunu, blu-ray filmi və ya faylı bir neçə saniyədə yükləmək mümkün olacaq. Ancaq Minneapolis'də yaşayan hər kəs, bu sürətdən faydalana bilməyəcək. Bu sürət sadəcə 30.000 ev, ofis, kiçik şirkətlərə veriləcək.
 
İnternetin sürətli olduğu qədər qiyməti də bahadır. İnterneti paylayan US Internet firmasının bu xidmətindən faydalana bilmək üçün aylıq 400 dollar ödəmək lazımdır. Bundan başqa, 1 gigabit internet 65 dollara təqdim edilir.
 
Ümumiyyətlə, ABŞ orta hesabla 30 megabit internet sürəti ilə dünyada 40-ci yeri tutur.
Technonews