jQuery Gizlət və göstər

hide() və .show() funksiyası
Bir obyekti gizlətmək üçün .hide(), göstərmək üçün .show() funksiyalarından istifadə edilir. Bu funksiyalardakı mötərizə içərisindəki rəqəm bu əməliyyatın nə qədər müddət davam edəcəyini bildirir.

.hide() - Obyekti gizləyir.
.hide(1000) - Mötərizə içinə yazılan müddət (ms) gizlənmə zamanını göstərir.

.show() - Gizli obyekti göstərir.
.show(1000) - Burda da eyni qayda ilə müddət yazılır.

NÜMUNƏ. Bir düyməyə basılanda yazımızı gizləsin:

Gizlənməli yazı

Məni gizlət!

Nəticəni görmək üçün klikləyin

toggle() funksiyası
Gizləmə - göstərmə prosesini .toggle(vaxt) ilə də etmək mümkündür.

Aşağıdakı nümunədə obyekt görünəndə gizləyir, gizlidirsə görünən hala gətirir.

NÜMUNƏ

Gizlənməli yazı

Məni gizlət / göstər

Nümunəni görmək üçün klikləyin

fadeIn() funksiyası
"display: none;" kimi ifadə edilib gizlənmiş obyekti görünən edir.

.fadeIn() - Gizlənmiş obyekti görünən edir.
.fadeIn(vaxt) - Obyekt ifadə edilən müddətdə (ms) görünən olur.

NÜMUNƏ

Gizli yazı

Yazını göstər

Nümunəni görmək üçün klikləyin

fadeOut() funksiyası
Görünən obyekti yavaş-yavaş sönükləşdirib gizləyir.

.fadeOut()
.fadeOut(vaxt) - Obyekt ifadə edilən müddətdə gizlənir.

NÜMUNƏ

Gizlənməli yazı

Yazını sil

Nümunəni görmək üçün klikləyin

fadeToggle() funksiyası
Görünməyən obyekti görünən, görünəni isə görünməz edir. Mötərizə içində müddət ifadə edilə bilər.

NÜMUNƏ

Yaşamaq gözəldir.

Yazını göstər / gizlət

Nümunəni görmək üçün klikləyin

fadeTo() funksiyası
Bir obyektin transparantlığını (şəffaflığını) dəyişdirir. Bu kodun .fadeTo(vaxt,şəffaflıq) şəklində istifadəsi vardır. Transparantlıq dəyəri 0 ilə 1 arasında dəyər olub, 1 = 100% deməkdir.

NÜMUNƏ

Yaşamaq gözəldir.

Yazının şəffaflığını dəyiş

Nümunəni görmək üçün klikləyin
jQuery