jQuery funksiyaları

HTML elementləri üzərində əməliyyat aparmaq və onlara xüsusiyyət qazandırmaq üçün funksiyalardan faydalanırıq. Bir funksiya .emeliyyat() formasında ifadə edilir.

Nümunə üçün bir funksiya: $("p").click();

Yuxarıda p elementləri üçün basma (klikləmə) funksiyası var, bəs kliklənəndə nə olacaq? Bu halda elementə basıldığında bir şeylər edilməsini istəyiriksə mötərizə içində yeni bir funksiya yarada bilərik. Nümunəyə baxaq:
$("p").click(function(){
   // kliklənəndə baş verəcək olanlar
 });
function(){kodlar} formasında yazdığımız kod, click() funksiyasına bir əməliyyat qazandırdı.
 
Çox işlənən funksiyalar:
Mouse / Basma
click, dblclick, mouseenter, mouseleave

Klaviatura / Düymə
keypress, keydown, keyup

Form
submit, change, focus, blur

Səhifə / Pəncərə
load, resize, scroll, unload
 
Nümunələr:
Aşağıdakı kodda id="p1" olan elementin üzərinə mouse (siçan) ilə gələndə xəbərdarlıq verilməsi üçün funksiya yazıldı
$("#p1").mouseup(function(){
   alert("siçan id='p1' üzərindədir!");
});
Aşağıdakı nümunədə isə bir "input" elementinə gələndə arxa fon rənginin dəyişməsi təmin edildi
$("input").focus(function(){
   $(this).css("background-color","#cccccc");
 }); 
Göründüyü kimi bir obyektə funksionallıq qazandıran funksiyalardır.
jQuery