jQuery obyekt seçimi

Əvvəlcə onu deyim ki, obyekt, element, html hissəsi, tag kimi ifadələr eyni şeyi ifadə edir. Bunlar HTML səhifəsini yaradan kodlardır və obyekt sayılırlar.

Qeyd etmişdik ki, jQuery ilə elementlər üzərində müxtəlif əməliyyatlar etmək mümkündür. Təbii ki, bu halda həmin elementləri seçmək lazımdır. Elementləri jQuery-də ifadə edərkən $("obyekt") şəklində yazırıq. İndi nümunələr vasitəsilə necə element seçdiyimizi öyrənək.
 
$("this") kod hansı elementdə istifadə edilirsə o element
$("*") bütün elementlər
$("p") <p> elementləri
$("div") <div> elementləri
Bura qədər anladıq. İndi bir az daha xüsusi elementlər ifadə edək:

$("div.yazi") class="yazi" olan <div> elementləri
$("p:first") sənədimizdəki ilk <p> elementi
$("#txt") sənədimizdəki id="txt" xüsusiyyətinə sahib element
$("a[target='_blank']") target="_blank" xüsusiyyətinə sahib <a> elementi

Görüldüyü kimi bir elementi ifadə etmənin birdən çox yolu var. İndi bir nümunəylə ifadə edilmiş elementləri görək:
$(document).ready(function(){
   $("button").click(function(){
     $("p").hide();
   });
});
Yuxarıda nümunədə bütün düymə (button) obyektlərinə kliklədikdə bütün P elementlər gizlənəcəkdir.
jQuery