jQuery kod strukturu

jQuery ilə HTML elementləri barədə sorğular göndərə bilər və onlar üzərində hər hansı bir əməliyyat edə bilərsiniz. Bu halda iki ardıcıllıq var: seçmək və əməliyyatı bildirmək. Beləliklə, kod quruluşu bu iki ardıcıllıqla qurulur:
$(seçilən obyekt).əməliyyat()
- Buradakı $ işarəsi, jQuery-yə müraciət üçün (çağırmaq üçün) lazım olan işarədir.
- (seçilən obyekt), üzərində əməliyyat edəcəyimiz html elementidir.
- əməliyyat(), obyekt üzərində nə kimi bir hərəkət reallaşdıracağımızdır.
 
Nümunələr:

- $(this).hide() - seçilən elementi gizləyir.
- $("p").hide() - bütün p elementlərini gizləyir.
- $(".test").hide() - class="test" olan bütün elementləri gizləyir.
- $("#test").hide() - id="test" olan bütün elementləri gizləyir.

Kod quruluşunu qısaca yekunlaşdırsaq;

- $ ilə başlayan ifadələr jQuery üçündür.
- Mötərizə içində obyekt (element, class, id) yazılır.
- Nöqtə (.) sonrası isə ediləcək iş ifadə edilir (hərəkət)
- Bütün ifadələr javascript kimi nöqtəli vergül ilə bitir.
jQuery