jQuery qurulması

jQuery-ni saytınızda istifadə edə bilmək üçün kitabxananı qaynaq kodlarınıza əlavə etməlisiniz. Bunun üçün iki yol var:

- jQuery-ni yükləyərək istifadə etmə
- jQuery-ni başqa linkdən çağıraraq istifadə etmə

jQuery-ni Yükləyərək İstifadə etmə

jQuery-ni yükləyin və səhifənizin olduğu hissəyə atıb səhifənizdən keçid verin.
jQuery işlətmək üçün lazımlı kitabxananı yükləmək üçün rəsmi saytını ziyarət edin.

Yükləmə işi bitdikdən sonra səhifənizlə eyni qovluğa yükləyin. Ardından səhifənizin qaynaq kodlarında elementləri arasına bu kodu yerləşdirin:
<script src="jquery-1.10.2.min.js"></script>

jQuery-ni başqa linkdən çağıraraq istifadə etmə

Bəzi saytlar jQuery üçün ayrı link verir. Google API bunlardan biridir. Məsələn jQuery kitabxanasını yükləmədən işlədə bilmək üçün aşağıdakı kodu yaza bilərsiniz.
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.10.2/jquery.min.js"></script>
jQuery