jQuery məlumat silmək

Elementləri və məzmunları silmək üçün jQuery'də iki əsas üsul vardır.

Bunlar:
remove() - ifadə edilən element və içindəkiləri silir.
empty() - ancaq ifadə edilmiş elementin içindəkiləri silir.

jQuery remove() üsulu
remove() üsulu ilə ifadə edilmiş html hissəsi, içərisi də daxil olmaqla hamısı silinir.

[BAŞLIQ]

Bunu sil
Nəticəni görmək üçün klikləyin

Yuxarıdakı nümunəyə baxsaq, btn1 id'li düyməyə klikləyəndə id'i esas1 olan BAŞLIQ mətninin html elementiylə birlikdə silindiyini görəcəksiniz.

jQuery empty() üsulu
Əgər elementin silinməsini istəmiriksə sadəcə içini boşalda bilərik. Bunun üçün empty() funksiyasını istifadə etmək lazımdır.

[BAŞLIQ]

Bunu sil
Nəticəni görmək üçün klikləyin

Bu nümunədə də yuxarıdakına bənzər olaraq element içindəki hər şey silinir. Ancaq bu dəfə html elementi silinmir. Nümunədə id'i esas2 olan elementə 1 piksellik kənarlıq (border) əlavə etdik, düyməyə kliklədikdən sonra bu kənarlığın da silinmədiyini görəcəksiniz.

Müəyyən elementləri silmək
jQuery'də remove() funksiyasından istifadə edərək bir html elementindən ancaq öz istədiklərimizi silə bilərik.
Məsələn bir neçə mətn olan məzmundan yalnız class="sil" olanları silmək istəsək:

1-ci mətn

2-ci mətn

Bunu sil
Nəticəni görmək üçün klikləyin

Düyməyə klikləyəndə yalnız 1-ci mətnin silindiyini görəcəksiniz.
jQuery