jQuery məlumat almaq

Məlumat əldə etməyə yarayan üç ədəd sadə, ancaq işinizi çox asanlaşdıracaq jQuery üsulu mövcuddur. 

text() - İfadə edilən elementdə olan məzmunu (mətni) verir.
html() - İfadə edilən elementdə olan məzmunu verir (HTML kodları daxil olmaqla).
val() - Form sahələrindəki obyektlərdə olan dəyərləri verir.

Aşağıdakı nümunə text()html() üsulları ilə necə məzmunun əldə edildiyini göstərir:

NÜMUNƏ: İki ədəd button (düymə) yaradın və adlarını "btn1""btn2" qoyun. Bir də div elementi yaradıb, ID dəyərini "məlumat" edin. Sonra bir script tag-ı içərisinə aşağıda göstərilmiş kodu yerləşdirin:
<div id="melumat">Bu <b>jQuery</b> nümunələrindən biridir.</div>
<input type="button" id="btn1" value="text()" /> 
<input type="button" id="btn2" value="html()" />
<script>
$(document).ready(function(){
  $("#btn1").click(function(){
    alert("Yazı: " + $("#melumat").text());
  });
  $("#btn2").click(function(){
    alert("HTML: " + $("#melumat").html());
  });
});
</script>
Nəticəni görmək üçün klikləyin
 
Yuxarıdakı nümunədə nəticəyə baxsanız görəcəksiniz ki, 1-ci düyməyə basıldığında yalnız yazı görünəcək, ancaq 2-ci düyməyə basıldığında yazıyla birlikdə HTML kodları da görünəcək.

NÜMUNƏ: val() üsulu ilə form dəyərlərini əldə edə bilərsiniz. İki ədəd input yaradın. Bu input-lardan biri text, digəri button növündə olmalıdır. Text növündə olanın id xüsusiyyətini "txt" edin, button növündə olanın xüsusiyyətini "btn" edin. Aşağıdakı kodlarda göstərildiyi kimi:
<input type="text" id="txt2" value="Salam!" /><br/>
<input type="button" id="btn2" value="Kliklə!" />
<script>
$(document).ready(function(){
  $("#btn2").click(function(){
    alert("Value: " + $("#txt2").val());
  });
});
</script>
Nəticəni görmək üçün klikləyin
 
Yuxarıdakı nümunədə düyməyə basdığınızda id="txt" olan form obyektinin dəyərini görəcəksiniz.

Bir HTML Elementinin xüsusiyyətini əldə etmək (Attribute):
Bir HTML kodu düşünün, məsələn <a href="http://www.google.az/">.

Burada href="" ilə ifadə edilən bir element xüsusiyyətidir. Bunu əldə etmək üçün jQuery-də attr() funksiyasını istifadə edə bilərik.

NÜMUNƏ:
<a href="http://www.google.az/" id="link">Google.az</a><br/>
<button>Ünvan</button>
<script>
$(document).ready(function(){
  $("button").click(function(){
    alert($("#link").attr("href"));
  });
});
</script>
Nəticəni görmək üçün klikləyin
 
Bu nümunədə düyməyə basıldığında, href xüsusiyyəti xəbərdarlıq olaraq gələcəkdir.
jQuery