br etiketi

<br> etiketi sətir sonunu bildirir, yəni bu etiketdən yeni sətrə keçmək üçün istifadə olunur.
<br> etiketi boş etiket olduğundan bağlama etiketindən istifadə etməyə ehtiyac yoxdur.
 
Bir nümunəyə baxaq:
Dünyanın ən hündür bayraqlarından<br>biri Azərbaycandadır.
Nəticəni görmək üçün klikləyin.
 
Məsləhətlər və qeydlər
<br> etiketini şeir, ünvan kimi çox sətir tələb edən mətnlərdə istifadə etmək olar.
 
HTML 4.01 və HTML5 fərqləri
Heç bir fərq yoxdur.
 
 
Nümunə
Son olaraq daha bir nümunəyə baxaq:
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8">
<title>HTML br</title>
</head>
<body>
<p>Yenə o bağ olaydı (Mikayıl Müşfiq)</p>
<p>Yenə o bağ olaydı, yenə yığışaraq siz<br>
O bağa köçəydiniz.<br>
Biz də muradımızca fələkdən kam alaydıq,<br>
Sizə qonşu olaydıq.<br>
Yenə o bağ olaydı, səni tez-tez görəydim,<br>
Qələmə söz verəydim.<br>
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,<br>
Yazaydım səhər axşam.<br>
Arzuya bax sevgilim, tellərindən incəmi?<br>
Söylə ürəyincəmi?</p>
</body>
</html>
 
Brauzerdə nəticə belə görünəcəkdir:
 

br etiketi

 
Göründüyü kimi, hər br etiketindən sonra növbəti mətn, yeni sətrdən başlayır.
Nəticəyə buradan da baxa bilərsiniz.
HTML5