select etiketi

<select> etiketi aşağı açılan siyahı (drop-down list) və ya siyahı qutusu (listbox) hazırlamaq üçün istifadə olunur. Siyahı qutusu üçün size xüsusiyyətinə ehtiyac duyulur.
<option> etiketi isə <select> etiketi içərisində siyahı elementlərini yaratmaq üçün istifadə edilir.
 
Aşağı açılan siyahı yaratmaq üçün bir nümunəyə baxaq:
<select>
    <option value="volvo">Volvo</option>
    <option value="saab">BMW</option>
    <option value="mercedes">Mercedes</option>
    <option value="audi">Audi</option>
</select>
Nəticəni görmək üçün klikləyin.
 
Məsləhətlər və qeydlər
<select> etiketi form'larda istifadəçi girişi və ya məlumat toplamaq üçün istifadə edilə bilər.
 
HTML 4.01 və HTML5 fərqləri
HTML5 ilə bir neçə yeni xüsusiyyət əlavə olunmuşdur.
 
Xüsusiyyətlər
Xüsusiyyət Dəyər Xarakteristika
autofocus autofocus Səhifə yüklənəndən sonra siyahı avtomatik fokus vəziyyətini alır
disabled disabled
Siyahı elementlərini bloklayır
form form_id Siyahı ilə form arasında əlaqə yaradır
multiple multiple Eyni anda siyahıda birdən çox element seçməyə icazə verir
name name Skriptlər vasitəsilə serverə sorğu göndərmək üçün elementə ad verir
required
required
Form göndərilməmişdən qabaq siyahıdan dəyər seçimini məcburi edir
size number Siyahının görünən sətirlərinin sayını təyin edir
 
 
Nümunə
Son olaraq daha bir nümunəyə baxaq:
<!DOCTYPE HTML>
<html>
<head>
<meta charset="utf-8">
<title>HTML select</title>
</head>
<body>  
<form action="select1.php" method="post">
    <p>
        <select size="3" multiple name="film[]">
            <option disabled>Film seçin</option>
            <option value="Forsaj 5">Forsaj 5</option>
            <option selected value="Aclıq oyunları">Aclıq oyunları</option>
            <option value="Alın yazısı">Alın yazısı</option>
            <option value="Şrek">Şrek</option>
        </select>
    </p>
    <p><input type="submit" value="Göndər"></p>
</form>
</body>
</html>
Brauzerdə nəticə belə görünəcəkdir:
 

select etiketi

 
Göründüyü kimi, bu nümunədə size xüsusiyyətinə 3 dəyəri verərək, sətir sayını 3 etdik, nəticədə siyahı qutusu (listbox) yaratmış olduq. multiple xüsusiyyətini əlavə edərək çoxsaylı seçimi aktivləşdirdik. name, yəni ad olaraq film[] dəyərini əlavə etdik. Əgər select etiketinə disabled xüsusiyyətini əlavə etmiş olsaydıq, ümumi olaraq seçim etmək deaktiv olacaqdı. Bu nümunədə isə ilk option etiketinə disabled xüsusiyyəti əlavə edərək, onu seçilməyən dəyər (başlıq) etdik.
Nəticəyə buradan da baxa bilərsiniz.
HTML5