Object etiketi

<object> etiketi HTML sənədi içərisinə yerləşdirilmiş obyekti təyin edir. Veb səhifələrdə səs, video, Java tətbiqləri, ActiveX, Pdf və Flash fayllarını yerləşdirmək üçün bu etiket istifadə edilir.
Həmçinin HTML sənədə başqa  HTML səhifəsini yerləşdirmək üçün də bu etiketi istifadə etmək olar.
<object> etiketi üçün <param> etiketi ilə parametrlər yaratmaq mümkündür.
 
Nümunə üçün flash faylını səhifədə yerləşdirmək istəyiriksə, aşağıdakı qaydada yazılmalıdır.
<object width="400" height="400" data="salamdunya.swf"></object>
 
Məsləhətlər və qeydlər
<object> etiketi <body> etiketi içərisində təyin olunmalıdır. <object> və </object> etiketləri arasındakı mətn dəstəklənilməyən brauzerlər tərəfindən bildiriş kimi göstərilir.
Şəkil yerləşdirmək üçün <object> etiketi əvəzinə <img> etiketi istifadə edilməlidir.
Data və ya type xüsusiyyətlərindən birinin ifadə edilməsi zəruridir.
 
HTML 4.01 və HTML5 fərqləri
Bəzi HTML 4.01 xüsusiyyətləri HTML5 tərəfindən dəstəklənilmir.
Form xüsusiyyəti HTML5 ilə yeni gəlmişdir.
HTML5'də obyektlər form'larda istifadə edilə bilər və göndərilə bilər.
 
Xüsusiyyətlər
Xüsusiyyət Dəyər Xarakteristika
align top
bottom
middle
left
right
HTML5 tərəfindən dəstəklənmir
<object> elementini, onu əhatə edən elementlərlə cərgəyə düzülüşünü uyğunlaşdırır.
archive URL HTML5 tərəfindən dəstəklənmir
Obyektin işi üçün lazım olan fayllara keçidi təmin edir.
border pixels HTML5 tərəfindən dəstəklənmir
<object>-in ətrafındakı sərhədin (border) enini müəyyən edir.
classid class_ID HTML5 tərəfindən dəstəklənmir
Windows Registry və ya URL'da sinif ID dəyərlərini müəyyən edir.
codebase URL HTML5 tərəfindən dəstəklənmir
Obyekt üçün kodun yerləşdiyi yeri müəyyən edir.
codetype media_type HTML5 tərəfindən dəstəklənmir
classid xüsusiyyəti ilə verilən media tipini göstərir.
data URL Obyekt tərəfindən istifadə olunması üçün mənbə URL'u müəyyən edir.
declare declare HTML5 tərəfindən dəstəklənmir
Obyektin bildiriş olaraq təyin olunacağını bildirir.
form form_id Obyektə məxsus olan bir və ya bir neçə form'u müəyyən edir.
height pixels Obyektin hündürlüyünü müəyyən edir.
hspace pixels HTML5 tərəfindən dəstəklənmir
Obyektin sol və sağ tərəfindəki boşluğu müəyyən edir.
name name Obyekt üçün adı müəyyən edir.
standby text HTML5 tərəfindən dəstəklənmir
Obyekt yüklənərkən mətnin göstərilməsini müəyyən edir.
type media_type Data xüsusiyyətindəki göstərilən məlumatın media tipini müəyyən edir.
usemap #mapname Şəkil xəritələmə məlumatları olan MAP elementinin ünvanını bildirir.
vspace pixels HTML5 tərəfindən dəstəklənmir
Obyektin yuxarısındakı və aşağısındakı boşluğu müəyyən edir.
width pixels Obyektin enini müəyyən edir.

 
Başlanğıc CSS köklənməsi
Əksər brauzerlər <object> etiketinin ilkin CSS dəyərlərini belə görəcək:
object:focus {
    outline: none;
}
 
Nümunə
Son olaraq daha bir nümunəyə baxaq:
<!DOCTYPE html>
<html>
<head>
<meta charset="utf-8">
<title>object etiketi</title>
</head>
<body>
<object type="application/x-shockwave-flash" data="http://xpert.az/uploads/files/2014-12/1418714427_avtomobil.swf" width="400" height="300">
    <param name="quality" value="high">
    <param name="wmode" value="opaque">
</object>
</body>
</html>
Göründüyü kimi, əvvəlcə obyektin tipini, sonra mənbəsini və ölçülərini qeyd etdik.

Nəticəni görmək üçün klikləyin.
HTML5