HTML hadisə xüsusiyyətləri

HTML hadisə xüsusiyyətləri (event attributes), obyektlərə (html etiketləri) hərəkətlilik qazandırır.
Aşağıdakı hadisə xüsusiyyətləri hər hansı bir HTML etiketində istifadə edilə bilər.
*HTML5 ikonu () olanlar onların HTML5 ilə birlikdə yeni gəldiyini göstərir.
 
Pəncərə hadisə xüsusiyyətləri
(bu hadisələr pəncərə obyektləri üçündür, body etiketində işləyir)
onafterprint - Sənəd çapa verildikdən sonra script'i işlədir.
onbeforeprint - Sənəd çapa verilməmişdən qabaq script'i işlədir.
onbeforeunload - Sənəd boşaldılmamışdan əvvəl script'i işlədir.
onerror - Səhv baş verdikdə script'i işlədir.
onhaschange - Sənəd dəyişdirildikdə script'i işlədir.
onload - Səhifə yüklənməsi başa çatdıqdan sonra script'i işlədir.
onmessage - Mesaj işə salınan zaman script'i işlədir.
onoffline - Brauzer offline (avtonom) rejimdə olarkən script'i işlədir.
ononline - Brauzer online  (xətdə) rejimində olarkən script'i işlədir.
onpagehide - İstifadəçi səhifədən kənarlaşanda script'i işlədir.
onpageshow - İstifadəçi səhifəyə girən zaman script'i işlədir.
onpopstate - Pəncərənin tarixi dəyişiləndə script'i işlədir.
onresize - Brauzer pəncərəsinin ölçüləri dəyişdirilən zaman script'i işlədir.
onstorage - Veb yaddaş sahəsi yenilənən zaman script'i işlədir.
onunload - Pəncərə bağlanan zaman script'i işlədir.

Form hadisələri
HTML form'larının daxilində işə salınır. (Demək olar ki, bütün HTML elementlərində işlənir, ancaq ən çox form'larda istifadə olunur)
onblur - Obyekt fokuslanmanı (diqqət mərkəzi) itirərsə, script'i işlədir.
onchange - Elementin dəyəri dəyişən anda script'i işlədir.
oncontextmenu - Kontekst menyu çağırılanda script'i işlədir.
onfocus - Element fokuslananda (diqqət mərkəzində) script'i işlədir.
oninput - İstifadəçi input'a daxil olanda script'i işlədir.
oninvalid - Element  yanlış olduqda script'i işlədir.
onreset - Form reset düyməsinə basılanda script'i işlədir.
onsearch - İstifadəçi axtarış sahəsinə (<input="search">) nəsə yazanda script'i işlədir.
onselect - İstifadəçi elementdə bəzi mətnləri seçəndə script'i işlədir.
onsubmit - Form submit düyməsinə basılanda script'i işlədir.
 
Klaviatura hadisələri
onkeydown - İstifadəçi bir düyməyə basarkən script'i işlədir.
onkeypress - İstifadəçi bir düyməyə basdıqdan sonra script'i işlədir.
onkeyup - İstifadəçi bir düyməni buraxdıqdan sonra script'i işlədir.

Mouse (siçan) hadisələri
onclick - Mouse düyməsinə basılanda script'i işlədir.
ondblclick - Mouse düyməsinə iki dəfə basılanda script'i işlədir.
ondrag - Element sürüşdürələndə script'i işlədir.
ondragend - Element sürüşdürülməsi qurtaranda script'i işlədir.
ondragenter - Sürüşdürülən obyekt hədəf obyektin üzərinə gətiriləndə script'i işlədir.
ondragleave - Sürüşdürülən obyekt hədəf obyektdən kənara çıxarılanda script'i işlədir.
ondragover - Sürüşdürülən obyekt hədəf obyektin üzərində sürüşdürüldükdə script'i işlədir.
ondragstart - Sürüşdürülmə əməliyyatı başlayanda script'i işlədir.
ondrop - Sürüşdürülən obyekt hədəf obyekt üzərində buraxılanda script'i işlədir.
onmousedown - Mouse düyməsi element üzərində basılanda script'i işlədir.
onmousemove - Mouse işarəsi obyekt üzərində hərəkət etdirildikdə script'i işlədir.
onmouseout - Mouse işarəsi obyektdən aralananda script'i işlədir.
onmouseover - Mouse işarəsi obyekt üzərinə gətiriləndə script'i işlədir.
onmouseup - Obyekt üzərində mouse düyməsi buraxılanda script'i işlədir.
onscroll - Obyektə aid scrollbar hərəkət etdirildiyində script'i işlədir.
onwheel - Mouse scrollbar'ı (təkəri) çevriləndə script'i işlədir.
 
Clipboard (dəyişmə lövhəsi) hadisələri
oncopy - İstifadəçi elementin məzmununu kopyalayan zaman (copy əməliyyatı) script'i işlədir
oncut - İstifadəçi elementin məzmununu götürən zaman (cut əməliyyatı) script'i işlədir
onpaste - İstifadəçi elementə bir məzmunu yapışdıran zaman (paste əməliyyatı) script'i işlədir
 
Media hadisələri
Videolar, şəkillər və səsə aiddir. (bütün HTML elementlərinə tətbiq olunur, amma daha çox <audio>, <embed>, <img>, <object>, və <video> elementlərində istifadə olunur)
onabort - Aktiv əməliyyat dayandırılanda script'i işlədir.
oncanplay - Fayl oxunmağa (play) hazır olanda script'i işlədir.
oncanplaythrough - Faylın hamısı yüklənib, oxunmağa hazır olanda script'i işlədir.
oncuechange - <track> elementində işarə dəyişiləndə script'i işlədir.
ondurationchange -  Media (video, səs) uzunluğu dəyişiləndə script'i işlədir.
onemptied - Fayl istifadə edilə bilməz vəziyyətdə olduğu təqdirdə script'i işlədir.
onended - Medianın oxunma müddəti bitdikdə script'i işlədir.
onerror - Fayl yüklənərkən səhv baş verərsə script'i işlədir.
onloadeddata - Media məlumatı yükləndikdən sonra script'i işlədir.
onloadedmetadata - Media məlumatları (ölçüləri və müddəti) yüklənəndə script'i işlədir.
onloadstart - Media hər şeydən əvvəl yüklənməyə başlayanda script'i işlədir.
onpause - Mediaya fasilə (pause) veriləndə script'i işlədir.
onplay - Media oxunmağa (play) hazır olduqda script'i işlədir.
onplaying - Media oxunmağa başlayanda script'i işlədir.
onprogress - Brauzer media məlumatını oxuyanda script'i işlədir.
onratechange - Oxunma sürəti dəyişdiriləndə script'i işlədir.
onseeked - Seeking xüsusiyyəti false olaraq dəyişdiriləndə script'i işlədir.
onseeking - Seeking xüsusiyyəti true olaraq dəyişdiriləndə script'i işlədir.
onstalled - Brauzer hər hansı bir səbəbdən media məlumatı gətirə bilməyəndə script'i işlədir.
onsuspend - Brauzer media məzmununu endirməyə çalışıb, qarşılıq ala bilməyəndə script'i işlədir.
ontimeupdate - Oxunma mövqeyi dəyişdiriləndə script'i işlədir.
onvolumechange - Media səsi dəyişdiriləndə script'i işlədir.
onwaiting - Media dayandırıldıqdan sonra yenidən oxudulanda script'i işlədir.

Digər hadisələr
onshow - <menu> elementi kontekst menyu kimi göstəriləndə script'i işlədir.
ontoggle - İstifadəçi <details> elementini açanda və ya bağlayanda script'i işlədir.
HTML5