HTML standart xüsusiyyətlər

HTML standart xüsusiyyətlər, obyektlərə (html etiketləri) funksional xüsusiyyətlər qazandırır.
Aşağıdakı standart xüsusiyyətlər hər hansı bir HTML etiketində istifadə edilə bilər.
*HTML5 ikonu () olanlar onların HTML5 ilə birlikdə yeni gəldiyini göstərir.
 
accesskey - Bu xüsusiyyət aktiv obyektə klaviaturadan qısayol düyməsi xarakterizə edir.
class - Obyektə css ilə yaradılmış bir və ya daha çox sinif təyin etmək üçündür.
contenteditable - Obyektin redaktə olunub, olunmayacağını xarakterizə edir.
contextmenu - Obyekti bir menyu ilə əlaqələndirir.
data-* - səhifə və ya tətbiqə xüsusi fərdi məlumatlar yerləşdirmək üçündür.
dir - Obyektdəki məzmunun yazı istiqamətini xarakterizə edir.
draggable - Obyektin sürüşdürülə bilən olub, olmadığını xarakterizə edir.
dropzone - Obyektə sürüşdür-burax əməliyyatı edildikdən sonra brauzerin nə edəcəyini xarakterizə edir.
hidden - Görünən obyekt tərkibini gizləyir.
id - Obyektə bənzərsiz (unikal) id təyin edir.
lang - Obyekt məzmununun dilini xarakterizə edir.
spellcheck - Obyekt məzmununun qrammatika və düzgün yazılış qaydalarına nəzarət edilməsini təmin edir.
style - Obyektə sətir içi CSS stil təyin edir.
tabindex - Obyektlərin keçid ardıcıllığını müəyyən edir.
title - Obyekt haqqında əlavə məlumatı xarakterizə edir.
translate - Obyektin başqa dilə tərcümə olunub, olunmayacağını xarakterizə edir.
HTML5