HTML5 Meta Tag siyahısı

Bu dərsimizdə veb saytımızın quruluşu və məzmunu ilə əlaqədar istifadəçilərə və axtarış mühərriklərinə məlumat vermək üçün istifadə etdiyimiz Meta Tag'lardan bəhs edəcəyik. Belə ki, düzgün meta tag'lardan (etiketlərdən) istifadə sizi daim bir addım önə çıxaracaq. 
<html>
<head>
<meta charset="UTF-8">
<meta name="description" content="">
<meta name="keywords" content="">
<meta name="author" content="">
<meta name="copyright" content="">
<meta name="robot" content="">
<meta name="language" content="">
<meta name="reply-to" content="">
<title>Başlıq</title>
</head>
<body>
<!--səhifə məzmunu-->
</body>
</html>

Yuxarıdakı nümunədə olan bəzi təməl meta tag'ları qısaca tanıyaq.
<meta charset="UTF-8">
Səhifəmizin simvol qrupunu təyin etmək üçün istifadə edirik. Azərbaycan dilli saytlarda utf-8 dəyərini istifadə etməyimiz kifayətdir. Əks halda, dilimizə məxsus bəzi hərflər (ə,ş,ç,...) düzgün görünməyə bilər.
 
<meta name="description" content="">
Səhifənin məzmunu haqqında qısa məlumat vermək üçün istifadə edilir.
 
<meta name="keywords" content="">
Səhifənin məzmunu ilə əlaqədar açar sözlər burada ifadə edilir. Sözlərin arasına "," (vergül) əlavə edərək çoxaltmaq olar.
Nümunə;
<meta name="keywords" content="html, css, jquery, dərslər">
 
<meta name="author" content="">
Səhifənin müəllifi, idarəedicisi, yaradıcısı haqqında məlumat vermək məqsədiylə istifadə edilir.
 
<meta name="copyright" content="">
Səhifənin müəllif hüquqları haqqında məlumat vermək üçün istifadə edilir.
 
<meta name="robot" content="">
Axtarış mühərriklərinin səhifə üçün edəcəyi davranışları təyin etmək üçün istifadə edilir. content hissəsi üçün aşağıdakı dəyərləri ala bilər. 

index : Səhifənin indekslənməsini təmin edir 
noindex : Səhifənin indekslənməsinin qarşısını alır
follow : Səhifədəki linklərin izlənilməsini təmin edir 
nofollow : Səhifədəki linklərin izlənilməsinin qarşısını alır
all : index və follow dəyərlərini tətbiq edir 
none : noindex və nofollow dəyərlərini tətbiq edir 

Nümunə;
<meta name="robot" content="index, follow">
 
<meta name="language" content="">
Səhifənin məzmununun hansı dildə olduğu ifadə edilir.
 
<meta name="reply-to" content="">
Əlaqə üçün e-mail ünvanı ifadə edilir.
HTML5