Səhifəyə Youtube video yerləşdirmək

Keçən dərslərimizin birində gördük ki, <video> etiketi ilə video yerləşdirərkən müxtəlif brauzerlər müxtəlif video formatlarını dəstəkləyir, bu da o deməkdir ki, biz məcbur olaraq o videonu bir neçə video formatda yerləşdirməliyik. Ancaq bundan asan çıxış yolu da vardır ki, o da videoları Youtube-dan yerləşdirərək, bütün brauzerlərdə dərstəklənməsinə şərait yaratmaqdır.

Youtube-da olan bir videonu səhifənizdə yerləşdirə bilmək üçün müvafiq HTML kodlarından istifadə etməlisiniz, bunu 3 üsulla edə bilərik
 
Tutaq ki, http://www.youtube.com/watch?v=vGqvU55OMu0 bu linkdəki videonu yerləşdirmək istəyirik. Hər videonun özünə məxsus link sonluğu (ID) vardır, məsələn bu videoda = işarəsindən sonra olan vGqvU55OMu0 sırf bu videoya məxsusdur, aşağıda görəcəyiniz html kodlarında buna rast gələcəksiniz.
 
Iframe
<iframe width="420" height="315" src="http://www.youtube.com/embed/vGqvU55OMu0" frameborder="0"></iframe>
Yuxarıdakı koddan göründüyü kimi, iframe etiketi ilə youtube videonu səhifəyə yerləşdirmək mümkündür. Burada width və height, genişlik və hündürlüyü bildirir.
Nəticəni görmək üçün klikləyin
 
<object>
<object width="420" height="315" data="http://www.youtube.com/v/vGqvU55OMu0"></object>
Nəticəni görmək üçün klikləyin
 
<embed>
<embed width="420" height="315" src="http://www.youtube.com/v/vGqvU55OMu0">
Nəticəni görmək üçün klikləyin
HTML5