Android'in dünəndən bu günə inkişafı

Android'in dünəndən bu günə inkişafı

 
Mobil bazarın zamanla inkişaf edəcəyini görən və bu istiqamətdə addımlar atan Google, 2005-ci ildə Android Inc. firmasını almışdı. Bundan sonra Andy Rubin tərəfindən idarə olunan bir qrup, mobil cihaz əməliyyat sistemi üzərində işə başlamışdı.

İndiki vaxtda olduqca böyük mobil bazar payına sahib olan Android əməliyyat sisteminin, bu yazımızda ilk versiyasından son versiyası Android 5.1 Lollipopa qədər olanları nəzərdən keçirəcəyik.

Android 1.0 Alpha
2007-ci ildə Android Alpha versiyası ilə qarşımıza çıxan Google, Android'in inkişafı yolunda böyük addımlar atacağı barədə siqnallar vermişdi. Google daha sonra Android'in ilk versiyası Android 1.0-i 2008-ci ildə HTC Dream telefonu ilə bizlərə təqdim etdi.
 

Android'in dünəndən bu günə inkişafı

  

Android'in dünəndən bu günə inkişafı


Android 1.0-in əsas seçilən proqramları - Gmail proqramı, kamera proqramı, YouTube video player, Google Xəritələr, kontaktlar, təqviminternet brauzer idi. Google 2009-cu ilin ilk aylarında sistemdəki bəzi səhvləri aradan qaldırmaq üçün Android 1.1 versiyasını nümayiş etdirdi.
 
Android 1.5 Cupcake
Google'nin, 2009-cu ilin Aprel ayında yayımladığı Android 1.5 Cupcake versiyasından sonra məlum oldu ki, bundan sonrakı versiyalarda da kod adlar olacaq. Bu versiyada widget əlavə edə bilmək xüsusiyyəti yaradıldı. İstifadəçilər artıq musiqi player, Google axtarışları, təqvim kimi proqramları əsas ekrana əlavə edə bilirdilər. 

Android'in dünəndən bu günə inkişafı

  

Android'in dünəndən bu günə inkişafı

 

Bundan başqa Bluetooth dəstəyi, kamera çəkilişi, video izləmək, Picasa, tez-tez istifadə edilənlər qovluğu, Widget'ləri fərdiləşdirə bilmək, kontaktdakılara şəkil əlavə edə bilmək, yazı təxmin edə bilən klaviatura və animasiyalı ekran xüsusiyyətləri əlavə edildi.
 
Android 1.6 Donut
Android 1.6 Donut versiyası 2009-cu ilin sentyabr ayında istifadəçilərə təqdim edildi. Bu versiya ilə daha sürətli fotoşəkil çəkmək mümkün idi və WVGA (780x480) pikselli ekranları dəstəkləyirdi. Həmçinin düzgün tərcümə etmə və oxutma xüsusiyyəti, inkişaf etdirilmiş Android market, qalereyada çoxlu silmə funksiyası, səsli axtarış da bu versiyada əlavə edildi.
 

Android 1.6 Donut

 

Android 1.6 Donut

Android 2.0 Eclair
Google yeni versiyaları yayımlamağa sürətli şəkildə davam edirdi və 2009-cu ilin oktyabr ayında Android 2.0 Eclair versiyası ilə qarşımıza çıxdı. Xeyli dəyişikliklər olan Android 2.0 Eclair-da, Microsoft Exchange e-mail dəstəyi də daxil olmaqla, digər mail xidmətləri dəstəklənilirdi.
 

Android 2.0 Eclair

 

Android 2.0 Eclair

 
Daha sürətli mesajlaşmaq üçün klaviaturada bəzi yeniliklər edən Google, kamera proqramına flash dəstəyi, rəqəmsal zoom, səhnə rejimləri, rəng effektlərimakro fokus rejimləri əlavə etdi. Həmçinin HTML5 Bluetooth 2.1 dəstəyi də bu versiyadakı yeniliklərdən idi. 2009-cu ilin dekabrında isə sistemdəki bəzi səhvlər aradan qaldırılaraq Android 2.1 Eclair versiyası yayımlandı.

 

Android 2.2 Froyo

2010-cu ilin may ayında Google əlindəki bütün gücü ortaya qoydu və Android 2.2 Froyo versiyası ilə qarşımıza çıxdı. Android 2.2 Froyo yenilənməsi əsasən sürət və səmərəliliyin (performans) optimallaşdırılmasından ibarət idi. 

 

Android 2.2 Froyo

 

Android 2.2 Froyo


Wi-Fi Hotspot xüsusiyyəti bu versiyada Android'ə əlavə edildi. Android Market proqramındakı avtomatik yenilənmələri yükləmək variantı yeniliklərdən biri idi. Eləcə də 720p ekran dəstəyi, USB əlaqə, Flash Player 10.1 dəstəyi də əlavə olundu.
 
Android 2.3 Gingerbread
Bir çoxunuzun Android ilə ilk tanış olduğu versiyanın Android 2.3 Gingerbread olduğunu təxmin edirik. 2010-cu ilin dekabr ayında yayımlanan Android 2.3 Gingerbread versiyası ilə NFC xüsusiyyəti Android platformasına addım atdı. Yeni endirmə idarəçisi ilə artıq Androidə fayl endirmək və idarə etmək daha asanlaşdı. 
 

Android 2.3 Gingerbread

 

Android 2.3 Gingerbread

XGA (1366×768) ölçülü ekran dəstəyi və video zəng də əlavə olunan yeniliklərdən idi. Həmçinin, jiroskopbarometr kimi inkişaf etmiş sensorlar də dəstəklənilirdi.
 
Android 3.0 Honeycomb
Sadəcə tabletlər üçün inkişaf etdirilən Android 3.0 Honeycomb ilə Google fərqli şeylər planlamışdı. Motorola Xoom ilə 2011-ci ildə gələn Android 3.0 Honeycomb, holoqrafik istifadəçi interfeysi ilə böyük marağa səbəb olmuşdu.
 

Android 3.0 Honeycomb

 

Android 3.0 Honeycomb


Sistem qısayollarının ekranın alt hissəsində yerləşdirildiyi bu versiyada geri, ev (əsas) və açıq proqramları göstərən virtual düymələr vardı. Android 3.1 Honeycomb yenilənməsi ilə FLAC səs faylının oxunması xüsusiyyəti də sistemə əlavə olundu.
 
Android 4.0 Ice Cream Sandwich
2011-ci ildə yayımlanan Android 4.0 Ice Cream Sandwich yenilənməsi ilə sistemə "Roboto" adlı yeni şrift əlavə olundu. 
 

Android 4.0 Ice Cream Sandwich

 

Android 4.0 Ice Cream Sandwich


Proqramlara artıq kilid ekranından daxil olmaq mümkün idi. Kamera proqramına isə 1080p video dəstəyi əlavə olundu. Sistemə əlavə olunan ən böyük yenilik isə üz tanıma sistemi idi. Artıq istifadəçilər şifrə təyin etmək əvəzinə, üzləri ilə kilidi aça bilirdi.
 
Android 4.1 Jelly Bean
Google, 2012-i ildə Android 4.0 ICS'in inkişaf etdirilmiş versiyası Android 4.1 Jelly Bean ilə qarşımıza çıxdı. Bu versiyada interfeys sürəti 60 FPS kadr saniyəyə çıxarıldı. Android artıq daha axıcı istifadəçi interfeysinə malik idi. Kilid ekranında olan qısayol xüsusiyyətləri inkişaf etdirildi. Bundan başqa bildirişlər panelinə sürətli nizamlamalar hissəsi əlavə olundu.
 

Android 4.1 Jelly Bean

  

Android 4.1 Jelly Bean

Çox kanallı səs dəstəyi sayəsində artıq Android ilə musiqi dinləmək daha effektiv təsir göstərirdi. Daha sonra yayımlanan Android 4.2 və 4.3 versiyalarında, müxtəlif yeniliklər edilsə də, Jelly Bean adı ilə yayımlandı. 4.3 versiyasında oyun üçün Open GL ES 3.0 dəstəyi də əlavə edildi.
 
Android 4.4 KitKat
2013-cü il oktyabrda Google bütün bacarıqlarını Android 4.4 KitKat versiyasında göstərdi. Nexus 5 ilə çıxan Android 4.4 KitKat versiyası rəngləndirilmiş interfeysi ilə diqqət çəkirdi.
 

Android 4.4 KitKat

  

Android 4.4 KitKat


Sistemin səmərəliliyinin və stabilliyinin artırıldığı bu versiyada, şəxsiliyə də əhəmiyyət verildi. RAM barədə edilən yeniliklər sayəsində 512 MB RAM'ı olan cihazlarda da bu versiya işləyə bilirdi. 
 
Android 5.0 Lollipop
2014-cü ilin noyabr ayında təqdim edilən Android 5.0 Lollipop ilə batareya ömrünün daha çox olması üçün müxtəlif yeniliklər edildi. Google, yeni Android'də Material design adı verdiyi yeni dizayn quruluşundan istifadə etməyə başladı. Bu Google'nin bütün sistemində istifadə etdiyi bir dili təmsil etdiyi üçün əhəmiyyətli idi.
 

Android 5.0 Lollipop

 

Android 5.0 Lollipop

 
Artıq yeni gələn mesajları kilik ekranından oxumaq mümkün idi. Sistem daha stabil və daha təhlükəsiz vəziyyətə gətirildi. Keçən aylarda isə kiçik dəyişikliklərin edildiyi və birdən çox sim kart dəstəyinin olduğu Android 5.1 Lollipop versiyası istifadəçilərə təqdim edildi.
Faydalı biliklər